Kommersiya hüquqi şəxsi olan "Xəzər Sənaye Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-"Xəzər Sənaye Quraşdırma” MMC) sahibkarlıq subyekti olmaqla, 2004-cü ildə təsis edilmiş və fəaliyyətə başlamışdır. Şirkətin əsas fəaliyyət istiqamətləri müxtəlif tonnajlı yükqaldırıcı qurğuların, müxtəlif növ kranların, metallurgiya avadanlıqlarının, təzyiq altında işləyən qazanların, zirehli, ağır və özüyeriyən texnikaların təmiri, quraşdırılması və onlara texniki xidmətlərin göstərilməsindən ibarətdir.
“Xəzər Sənaye Quraşdırma” MMC fəaliyyət göstərdiyi 20 ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında 200-dən artıq müxtəlif növ kranlara və ağır texnikalara yüksək keyfiyyətli texniki xidmət göstərmişdir.
Daim özünü inkişaf etdirən peşəkar komandaya malik şirkətimiz ona müraciət edən müştəriləri hər zaman yüksək keyfiyyətli xidmətlərlə təmin etmişdir. Yüksək nəticələr əldə etməyə istiqamətlənmiş işçi komandamız bir çox gündəlik sifarişləri, eyni zamanda, iri miqyaslı layihələri yerinə yetirməyə qadirdir.
Biz göstərdiyimiz xidmətlərlə ölkəmizdə müştəri məmnunluğunun və keyfiyyətli xidmətlərin üst standartlarını müəyyən edən şirkət olmaq üçün çalışırıq.
Bunun üçün biz:
Üzərində çalışdığımız hər bir layihəyə xüsusi diqqətlə yanaşır, müştərilərin tələblərini dərindən təhlil edib araşdırdıqdan sonra, onun təlabatına uyğun keyfiyyətli həllər təqdim edirik.
Fəaliyyətimizin istənilən mərhələsində, öz komandamız və müraciət edən şirkət arasında yüksək səviyyəli əməkdaşlıq qururuq.
Peşəkar və daima özünü inkişaf etdirən komandamızla, sizi yüksək səviyyəli və günümüzün tələblərinə cavab verən xidmətlərlə təmin edirik.
Keyfiyyətli nəticələr, peşə təhlükəsizliyi və ətraf mühitin qorunması tələblərinin bütün işçilər tərəfindən mütləq yerinə yetirilməsini təmin edirik.